"Sumqayıt" heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə, "kimyaçılar" serbiyalı Slavişa Radoviçlə rəsmi müqavilə imzalayıb.

Azərbaycan təmsilçisi 30 yaşlı müdafiəçi ilə "1+1" illik razılıq əldə edib

Qeyd edək ki, Radoviç ölkəsinin "Lokomotiva", "Vojdovaç", "Zemun", Bosniya və Hersoqavinanın "Drina Zvornik", "Olimpik", "Radnik Beilina", "Belej Mosdar" "Sarayevo", həmçinin Litviyanın "Liepaya" klublarında çıxış edib.

Futbolçu karyerası ərzində 218 oyunda 6 qol vurub, 30 məhsuldar ötürmə edib.