Avropanın 3 klubu Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabyö ilə maraqlanır.
Offsideplus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, hazırda azad agent statusuna malik olan futbolçu üçün "Real", "Liverpul" və "Bavariya" mübarizə aparır.
29 yaşlı yarımmüdafiəçi geridə qalan mövsümdə "Yuventus"un heyətində 35 matçda 5 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
O, 2019-cu ildən Turnin təmsilçisinin formasını geyinir.