"Atletiko"nun hücumçusu Alvaro Morata karyerasını İtaliyada davam etdirə bilər.

Offsideplus.az "La Gazzetta Dello Sport"a istinadən xəbər verir ki, onun xidmətində "Milan" maraqlıdır.

İspan futbolçu özü də komandandan ayrılmaq niyyətindədir. Mənbənin yazdığına görə, sözgedən transfer İtaliya klubuna 13 milyon avroya başa gələcək.

Onun Madrid təmsilçisi ilə 2026-ci ilin yayına qədər müqaviləsi var.

31 yaşlı futbolçu 48 oyunda 21 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.