"Bavariya"nın qapıçısı Manuel Noyer milli karyerasını başa vurmaq niyyətində deyil.
Offsideplus.az "Kicker"ə istinadən xəbər verir ki, qolkiper azı 2026-cı il Dünya Çempionatına qədər yığmasının formasını geyinmək niyyətindədir.
"Çərçivə" qoruyucusu qitə turnirində 5 oyunda meydanda olub və 4 top buraxıb.
O, 2009-cu ildə millinin heyətində debüt edib. Noyer 2014-cü ildə dünya çempionu, 2010-cu il mundialının, həmçinin 2012 və 2016-cı il Avropa çempionatlarının bürünc mükafatçısı olub.
36 yaşlı əlcək sahibinin "Bavariya" ilə 2025-ci ilin yayına qədər müqaviləsi var.