"Monako"nun futbolçusu Yusuf Fofana karyerasını İtaliyada davam etdirə bilər.

Offsideplus.az "Sky Sport"a istinadən xəbər verir ki, onun xidmətində "Milan" maraqlıdır.

Qeyd olunub ki, artıq tərəflər arasında şəxsi razılıq əldə olunub. Bildirilir ki, yarımmüdafiəçi Milan təmsilçisi ilə 5 illik anlaşma əldə edib.

Lakin transfer baş tutmaya bilər. Belə ki, Liqa 1 təmsilçisi azı 25 milyon avro tələb edir. "Milan"ın isə bu pulu ödəyəcəyi dəqiq deyil.

Fransalının komandası ilə 2025-ci ilin yayına qədər müqaviləsi var. 

O, geridə qalan mövsüm 35 oyunda 4 qol və eyni sayda da məhsuldar ötürmə ilə yadda qalıb.