Türkiyədə təlim-məşq toplanışı keçən "Neftçi"nin yoxlama görüşündə qarşılaşacağı rəqiblər bəlli olub.

Offsideplus.az xəbər verir ki, komanda toplanış çərçivəsində 4 yoxlama oyunu keçirəcək.

“Ağ-qaralar”ın ilk sınaq matçı iyulun 13-də Türkiyə Super Liqası təmsilçisi “Alanyaspor”a qarşı olacaq. 

Növbəti yoxlama görüşü isə iyulun 17-də keçiriləcək. Rəqib digər Super Liqa klubu “Sivasspor”dur.