Kerem Aktürkoğlu sosial media hesabından canlı yayımda olarkən diqqət çəkən ifadələr işlədib.

Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu bunları söyləyib:

"Viktor Osimhenin qolu çox gözəl idi. Biz də sizin kimi heyrətlə izlədik. İkardi qaldığı yerdən davam edir. Ümid edirəm ki, hər şey daha yaxşı olacaq. Ümid edirəm ki, "Qalatasaray" uğurlu olacaq, belə də olacaq".

Qeyd edək ki, Aktürkoğlu hazırda "Benfika"nın uğurları üçün çalışır.