"Bayer 04"dən ayrılacağı gözlənilən Xabi Alonsonun yerinə namizədlər müəyyənləşib. 

Offsideplus.az xəbər verir ki, əsas 2 şəxs "Ştutqart"ın baş məşqçisi Sebasian Höneb ilə Almaniya Milli komandasının köməkçi məşqçisi Sandro Vaqnerdir. Bu barədə "Sky Sport" məlumat yayıb.

Qeyd edək ki, Alonso ilə "Real Madrid" və "Mançester Siti"nin maraqlandığı haqda mediada xəbərlər yayılıb.