"Çelsi" ilə ev oyunu İngiltərə Premyer Liqasının 8-ci turunda "Liverpul"un misirli ulduz hücumçusu Məhəmməd Salah üçün əlamətdar olub.
Offsideplus.az-ın verdiyi məlumata görə, Salah "mersisaydlar"ın 2:1 hesablı qələbəsində penaltidən qazandığı qol və məhsuldar ötürməsi ilə komandaya əhəmiyyətli dərəcədə kömək olub.
Bununla da Salah İngiltərə Premyer Liqasında "Liverpul"un heyətində 232 oyuna 160 qol və 72 məhsuldar ötürmə əldə edib. O, bir komanda çərçivəsində qol və məhsuldar ötürmə cəmi üzrə ən çox xal toplayan futbolçular arasında 6-cı pilləyə yüksəlib. Salah "Mançester Siti"nin sabiq forvardı Serxio Aqueronun 231 xallıq nəticəsini keçmiş olur.