Türk ulduz ciddi zədə alıb.
Offsideplus.az xəbər verir ki, "Roma" ilə oyunda zədələnən "İnter"in futbolçusu Hakan Çalhanoğlu bir müddət yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
30 yaşlı oyunçunun UEFA Çempionlar Liqasında "Yanq Boys"la matçı buraxacağı qeyd olunub. Həmçinin, sentyabrın 27-də "Yuventus"la baş tutacaq qarşılaşmada da forma geyinməmə ehtimalı yüksəkdir.
Qeyd edək ki, yeni mövsümdə 9 görüşdə meydana çıxan Hakan 2 qola imza atıb.