İtaliyanın əfsanəvi futbolçusu Françesko Totti türk ulduz haqqında danışıb.

Offsideplus.az xəbər verir ki, Totti "Betsson Sport Day"ə açıqlamasında Kenan Yıldız barəsində müsbət fikirlər səsləndirib:

"Kenan gənc istedaddır, amma özünü təsdiqləməsi lazımdır. İndiyə qədər bunu hissə-hissə göstərdi. "Yuventus" kimi klubda oynayır və yüksək potensialı var. Böyük oyunçu ola bilər deyə düşünürəm".

Qeyd edək ki, yeni mövümdə Turin təmsilçisinin forması ilə bütün turnirlərdə 10 matçda meydana çıxan türkiyəli 1 qola və 2 məhsuldar ötürməyə imza atıb.