II Liqada çıxış edən "Füzuli" şirkətlərə forma sponsorluğu təklif edir.
Bunu Offsideplus.az - a açıqlamasında klub meneceri Rəşad Babayev bildirdi:
"Hazırda Füzulinin işğaldan sonra bərpası və yenidənqurulması işlərində onlarla böyük şirkət layihələr icra edir. Tenderlərin qiyməti yüz milyonlarladır. Onların hər biri, heç nə yox, illik 15-20 min manat pul ayırsa, "Füzuli"nin çempionatda layiqli çıxışına nail ola bilərik. Əvəzində həmin şirkətlərə forma sponsorluğu təklif edirik. Bundan başqa, Füzulinin özündə irili-xırdalı on minlərlə obyekt işləyir, hərəsi illik planda 100-150 manat ianə ayırsa, işləri qaydasına salmaq olar".