Binə qəsəbə stadionunda süni ot örtüyü dəyişdirilmək üzrədir.

Offsideplus.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni quraşdırılan süni ot örtüyü FIFA-nın  müasir standartlarına cavab verəcək. 

İşlər tamamlandıqdan meydança FIFA Quality Pro sertifikatına malik olacaq.

Qeyd edək ki, bu stadionu hazırda I Liqa, II Liqa, Əvəzedicilər liqası, həmçinin aşağı yaş qrupu komandaları tərəfindən istifadə olunur.