Futbol üzrə Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunun "Qarabağ" - "Ayaks" (Niderland) matçına bilet satışı davam etməkdədir.

Offsideplus.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti informasiya yayıb.

Bildirilir ki, bu oyuna artıq 20 200 bilet satılıb. Oyun gününə qədər bu göstəricinin daha da artacağı istisna edilmir.

Qeyd edək ki, "Qarabağ"la "Ayaks" arasındakı qarşılaşma oktyabrın 24-də Bakıda baş tutacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə saat 20:45-da start veriləcək.