"Fənərbağça"nın sabiq qapıçısı Altay Bayındır "Mançester Yunayted"in futbolçusu olaraq Kadıköyə gəlməzdən əvvəl mühüm açıqlama verib.

Offsideplus.az xəbər verir ki, Altay "sarı bülbüllər"də çıxış etməyin öz karyerasında əhəmiyyətli bir dövr olduğunu, burada qazandığı təcrübənin gələcəkdə ona kömək edəcəyini vurğulayıb. O, "Mançester Yunayted"da mükəmməl bir komanda ilə birlikdə olmaqdan məmnun olduğunu, bu imkanın onun üçün böyük bir addım olduğunu bildirib. Həmçinin, futbolsevərlərə yeni mühitdə daha da inkişaf etməyə çalışacağını qeyd edib.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində "Mançester Yunayted" İstanbulda "Fənərbağça"nın qonağı olacaq.