Avropa Liqasında Liqa mərhələsinin 3-cü turunun "Qarabağ" - "Ayaks" matçından öncə mətbuat konfransları və açıq məşqlər təşkil ediləcək.

Offsideplus.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

 "Köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı oktyabrın 23-də saat 13:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 17:00-da isə komandanın ilk 15 dəqiqəsi açıq olacaq məşqi "Azersun Arena"da reallaşacaq.

Niderland təmsilçisinin baş məşqçisi Françesko Fariolinin Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 18:00-da start götürəcək. Amsterdam təmsilçisinin "Neftçi Arena"da reallaşacaq açıq məşqi isə 12:45-də başlayacaq.