"Sabah" basketbol klubu heyətinə yeni oyunçu cəlb edib.

Offsideplus.az xəbər verir ki, "bayquşlar" Hassani Qravetti transfer edib.

Basketbolçu peşəkar karyerası ərzində 2021/22 mövsümündə NBA-də çıxış edən "Orlando Mecik"in heyətində 8 oyuna çıxıb.

Son mövsümü Polşanın "Slask" klubunda legioner həyatı yaşayan 27 yaşlı müdafiəçi 40 oyun keçirib.

Amerikalı basketbolçu ilə 2 illik müqavilə imzalanıb.