Joze Mourinyo "Fənərbağça"dan ayrılarkən klubu borclandırıb.

Offsideplus.az 
xəbər verir ki, o, İstanbulda keçirdiyi 15 aylıq müddət ərzində lüks oteldə qalıb və təxminən 37 milyon lirəlik (1.5 milyon manat) hesabı klubun üzərinə qoyub.

Portuqaliyalı mütəxəssisin daha əvvəl "Mançester Yunayted" dövründə də oxşar hadisə ilə gündəmə gəldiyi iddia edilir — həmin vaxt otel hesabının 30 milyon lirə (1.2 milyon manat) civarında olduğu bildirilir.

Xatırladaq ki, Mourinyo klubdan 9 milyon avro təzminatla ayrılıb və son günlərdə bu iddialarla yenidən müzakirə mövzusuna çevrilib.