Türkiyə Super Liqasının 11-ci turunda keçirilən və hazırda davam edən Galatasaray - Fenerbahçe derbisi zamanı xoşagəlməz hadisə yaşanıb.
Offsideplus.az xəbər verir ki, qonaq komandanın gənc azarkeşlərindən birinin stadionda ürəyi tutub.
Onu dərhal xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb.