"Fənərbağça" klubunda gözlənilməz ayrılıq yaşanıb.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Domeniko Tedeskonun köməkçisi Gökhan Gönüllə yollar ayrılıb.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

O, cəmi 4 həftə əvvəl İstanbul klubunda çalışmağa başlamışdı.

Futbolçuluq dövründə 9 il "sarı-lacıvərdlilər"in formasını geyinən G. Gönül baş məşqçi kimi Türkiyə U-21 yığmasını çalışdırıb.