Bu axşam “Türk Telekom Arena”da keçiriləcək Galatasaray - Fenerbahçe oyununu tribundan izləməsi gözlənilən Ali Koç tarixə keçəcək.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ali Koç “Türk Telekom Arena”da komandasını tribunadan izləyən ilk Fenerbahçe prezidenti olaraq tarixə düşəcək.

Galatasaray-ın prezidenti Mustafa Cengizin də klubun idarə heyətinə oyunu stadiondan izləmək tapşırığı verdiyi bildirilir.

İstanbul derbisi saat 22:00-da başlayacaq.