"Fənərbağça" prezidenti Ali Koç yay transfer pəncərəsində gündəmə gələn Hakan Çalhanoğlu məsələsi ilə bağlı ilk dəfə danışıb.

Offsideplus.az xəbər verir ki, klub rəhbəri bu keçidi  əslində heç vaxt ciddi mərhələyə çatmadığını və prosesin gedişində anlaşılmazlıqlar olduğunu bildirib.


Koç açıqlamasında bunları qeyd edib:

“İki keçmiş oyunçu, hazırkı baş məşqçi və hörmət etdiyim biri mənə dedi ki, Hakan Çalhanoğlu transferi mümkündür, sizin də ehtiyacınız olan namizəddir. Mən isə ‘Hakan "Qalatasaray"lıdır, oraya getmək istəyir, bizimlə əlaqəsi yoxdur’ - dedim. Daha sonra agenti onun bizə gələ biləcəyini bildirdi. Amma biz bu transferi planlaşdırmaq istəsək də, agentin yanaşması uyğun olmadı.”


Prezident əlavə edib ki, sonrakı danışıqlarda agenti “tələsmirik, yalnız İstanbul deyil, başqa klublarla da maraqlanırıq” - cavabını verib. Bu vəziyyətdə transferin reallaşmayacağını anlayan "Fənərbağça" rəhbərliyi prosesi bağlamaq qərarına gəlib.