Türkiyə Superliqasının 11-ci turunda keçiriləcək Galatasaray - Fenerbahçe oyunu üçün hakim təyinatları açıqlanıb.
Offsideplus.az xəbər verir ki, İstanbul derbisinin baş hakimi Fırat Aydınus olacaq. Ona Serkan Ok və Aleks Taşçıoğlu köməklik edəcək. Dördüncü hakim funksiyasını Özgür Yankaya yerinə yetirəcək.
Galatasaray - Fenerbahçe matçı sabah Bakı vaxtı ilə 22:00-da başlayacaq.