"Qalatasaray" mövsümün sonunda "Bavariya" ilə müqaviləsi bitəcək olan Leroy Sane ilə maraqlanır.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" almaniyalı futbolçunu azad agent kimi heyətinə qatmağı planlaşdırır. Bu barədə Türkiyənin "Sabah" nəşri məlumat yayıb.

Sane 2020-ci ildən bəri "Bavariya"da çıxış edir. Onun klubla müqaviləsini uzatmayacağı gözlənilir.