"Liverpul" rəqabətdən kənarda qaldığı üçün Çempionlar Liqasını qazanmaq üçün əsas favoritik".
Offsideplus.az xəbər verir ki, bunu "Barselona"nın gənc futbolçusu Lamin Yamal deyib. "Sport" nəşrinə danışan 17 yaşlı cinah hücumçusu heç bir komandadan çəkinmədiklərini açıqlayıb:
"Biz heç bir komandadan qorxmuruq, biz bir ailəyik... PSJ-yə qarşı bir il əvvəlki kimi deyilik".
Xatırladaq ki, "Barselona" Çempionlar Liqasının 1/4 finalında Dortmund "Borussiya"sı ilə qarşılaşacaq.