"Yuventus"un baş məşqçisi Tiaqo Mottanın klubdakı gələcəyinə aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, "qoca sinyora"nın rəhbərliyi gənc mütəxəssisə güvənir və onunla yola davam etmək istəyir.
Mottanın növbəti mövsümdə Turin klubunda qalacağı gözlənilir. Komandanın heyəti yeni transferlərlə gücləndiriləcək.