ABŞ və Rusiyanın xokkey üzrə milli komandaları arasnda yoldaşlıq görüşü keçiriləcək.
Offsideplus.az xəbər verir ki, yoxlama matçına iki ölkənin dövlət rəhbərliyi səviyyəsində razılıq verildiyi bildirilir.
Belə ki, ABŞ prezidenti Donald Tramp və onun rusiyalı həmkarı Vladimir Putin yoldaşlıq görüşünün keçirilməsini məqsədəuyğun sayıblar.
Matçın vaxtı və yeri hələlik dəqiqləşməyib.
Qeyd edək ki, bir müddət öncə ABŞ və Rusiya arasında futbol üzrə yoxlama matçının təşkil olunacağı bildirilirdi. Lakin indi futbol qarşılaşması ideyası arxa plana keçib.
Onu da əlavə edək ki, 2022-ci ildən bəri Ukraynaya qarşı müharibə aparan Rusiyanın bütün idman növləri üzrə komandaları beynəlxalq yarışlardan kənarlaşdırılıb.
"Fənərbağça"nın 39 yaşlı sabiq futbolçusu karyerasını bərpa etdi