"Real" klubu yayda heyətini mərkəz müdafiəçisi ilə gücləndirmək istəyir.
Offsideplus.az xəbər verir ki, əsas hədəflərdən biri "Bornmut"da çıxış edən Din Heysen olacaq. Niderlandlı futbolçu bu barədə fikirlərini bildirib:
"Real"ın marağı haqqında eşitdiyim zaman qürurlandım, belə bir böyük klubun mənimlə maraqlandığı üçün fəxr edirəm".
Heysen ötən ilin yayında "Yuventus"dan "Bornmut"a transfer olub. Transfermarkt portalına görə onun hazırki transfer dəyəri 42 milyon avrodur.