Madridin "Real" klubunun qadın futbol komandası tarixində ilk dəfə UEFA Çempionlar Liqasının yarımfinalına çıxa bilər.

Offsideplus.az xəbər verir ki, "kral klubu" bu gün 1/4 final mərhələsində doğma divarlar arasında London "Arsenal"ına qalib gəlib - 2:0.

Cavab görüşü martın 26-da keçiriləcək. 

"Real"ın qadın futbolçuları kişi həmkarlarından fərqli olaraq, avrokuboklarda ciddi nəticə qazana bilməyiblər. Onlar Çempionlar Liqasının 1/4 finalına ilk dəfə cəmi 3 il əvvəl çıxmağı bacarıblar.