Azərbaycan milli komandasının üzvü Nigar Mirzəliyeva Rusiyada yenə fərqlənib.

Offsideplus.az xəbər verir ki, o, Rusiya çempionatında XXVI turun rəmzi komandasına seçilib.

"Zenit"də çıxış edən 23 yaşlı müdafiəçi ÇSKA ilə matçdan sonra bunu bacarıb.

O, Moskva təmsilçisi ilə görüşdə start heyətində meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib.

N. Mirzəliyeva cari mövsüm 4-cü dəfə bu uğuru əldə edib.

Onun komandası "Zenit" isə 2025/26 mövsümünü 52 xalla 3-cü yerdə bitirib.