PSJ klubu mövsümün sonunda "Liverpul"la müqaviləsi bitəcək Vircil Van Deyklə maraqlanır.
Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi niderlandlı müdafiəçiyə ümumilikdə 100 milyon avro qazanacağı bir müqavilə təklif edib. Bu barədə "Anfield Watch" məlumat yayıb.
Van Deykin yekun qərarını cari mövsümün sonunda verəcəyi gözlənilir.
O, 2018-ci ilin yanvarından "Liverpul"da çıxış edir. 33 yaşlı futbolçu "qırmızılar"ın forması ilə toplam 311 oyuna çıxıb.