"Arsenal" klubu Çempionlar Liqasnın 1/4 final mərhələsində "Real"la qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, "topçular" bu səddi aşa bilsə, bu mövsüm avrokuboklardan qazanılan məbləğ 100 milyon funt-sterlinqi aşacaq. Bu, klub tarixində rekord olacaq.

Xatırladaq ki, "Arsenal" sonuncu dəfə Çempionlar Liqasında yarımfinala 2009-cu ildə yüksəlib.