Fransa yığmasının, eləcə də "Çelsi" və "Arsenal" klublarının sabiq futbolçusu Emmanuel Peti "Qalatasaray"ın üzvü Viktor Osimhen barədə danışıb.

Offsideplus.az xəbər verir ki, o, nigeriyalı hücumçunun "Çelsi"yə transferini məqsədəuyğun sayıb.

"Hamımız Viktor Osimhenin hansı keyfiyyətlərə malik olduğunu və "Çelsi"yə necə faydalı olacağını bilirik. Qolçuluq bacarığı var, komandanın xarakterini formalaşdırır. Bu baxımdan o mənə Dieqo Kostayı xatırladır. Bunula belə düşünürəm ki, yay transfer mövsümündə "Çelsi"ni gücləndirə biləcək daha yaxşı namizədlər olacaq", - deyə Petit bildirib.

Qeyd edək ki, ötən ilin yayında "Napoli"dən icarəyə götürülən Osimhen "Qalatasaray"da 30 oyuna 26 qol vurub, 5 məhsuldar ötürmə verib.