AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cəzalandırıb.

Offsideplus.az xəbər verir ki, buna səbəb Ağdam təmsilçisinin Misli Premyer Liqasının XXVII turunda "Kəpəz"lə görüşündə (0:0) yaşanan hadisə olub.

"Qarabağ"ın azarkeşləri pirotexniki vasitədən istifadə etdiklərinə görə klub 1500 manat cərimlənb.

Bundan başqa, həmin turda "Sabah" - "Zirə" matçında meydan sahibləri çempionatın əsasnaməsinin tələblərini pozublar. "Bayquşlar" bu qayda pozuntusu ucbatından 500 manat cərimə ödəməli olacaqlar.

BU DA MARAQLIDIR:

Azərbaycan çempionatında daha bir baş məşqçi ayrılığı