“Mançester Yunayted” Rafinya üçün 70 milyon avro ödəməyə hazırdır.
Offsideplus.az xəbər verir ki, Mançester təmsilçisi yay transfer pəncərəsində heyətini gücləndirmək üçün böyük addımlar atmağa hazırlaşır. İngiltərə klubu “Barselona”nın braziliyalı oyunçusu Rafinyanı transfer etmək üçün 70 milyon avro ödəməyə hazırdır.
26 yaşlı futbolçu bu mövsüm möhtəşəm çıxışı ilə seçilir. O, indiyə qədər keçirdiyi 42 oyunda 27 qol vurub və 21 məhsuldar ötürmə verib. Rafinyanın performansı Avropanın bir sıra aparıcı klublarının diqqətini cəlb edib.
“Mançester Yunayted” rəhbərliyi onun cinah hücum xəttinə böyük töhfə verəcəyinə inanır. Lakin “Barselona”nın bu təklifə necə reaksiya verəcəyi hələ ki, məlum deyil. Kataloniya klubu maliyyə problemləri ilə üzləşsə də, Rafinyanı komandada saxlamaq istəyir.