Türkiyəli futbolçular - Arda Turan, Emre Belözoğlu, Okan Buruk və Bülent Qorxmaz barədə İstanbul Baş Prokurorluğunda istintaq prosesinə start verilib.
Offsideplus.az xəbər verir ki, futbolçular barədə istintaq prosesi "FETÖ terror təşkilatına üzv olmaq", "Təşkilata üzv olmamaq, lakin bilərək və istəyərək kömək etmək" ittihamları ilə araşdırma başlayıb. Turan, Belözoğlu, Burak və Qorxmaz barədə proseslər ayrı-ayrı davam etdirilir.
Məsələ ilə bağlı açıqlama verən Bülent Qorxmaz FETÖ ilə əlaqəsinin olmadığını, belə bir şeyin baş verməyəcəyini deyib.
Arda Turan isə son günlərdə müğənni Berkayı döyməsi ilə gündəmdədir.
Qeyd edək ki, daha əvvəl sabiq futbolçular Bekir İrtegün, Uğur Boral, Zəfər Biryol, Ersin Güreler, İsmail Şengül, Ömər Çatkıç barədə "silahlı terror təşkilatına üzv olmaq" ittihamı ilə məhkəmə işi başlamış, 22,5 il həbs cəzası tələb edilmişdi. Ötən gün keçirilən məhkəmədə həmin şəxslər aralarında Emre Belözoğlunun da olduğu bir çox futbolçunun adını çəkib.(ann.az)