Ulduz futbolçu "Beşiktaş"ın "radarı"na düşüb.
Offsideplus.az xəbər verir ki, "ağ-qaralar'' karyerasını MLS klublarından "Toronto"da davam etdirən Lorenzo İnsenyenin transferi üçün çalışmalara başlayıb.
Bu barədə Di Marzio "X" hesabında paylaşım edib.
2023/24 mövsümündə "Napoli"nin heyətində uğurlu çıxışı ilə yaddaşlarda iz qoyan italiyalı oyunçunun da Avropaya qayıtmaq istədiyi qeyd olunub.