Türkiyə futbolu üçün xas hadisələrdən biri yaşanır. 

Offsideplus.az xəbər verir ki, "Karşıyaka" komunal borclarını ödəyə bilmir. Hazırda Türkiyənin mahiyyətcə 4-cü liqasında çıxış edən 112 illik klub hazırda başsız qalıb. 

Prezidenti olmayan qurumun Çiğli Selçuk Yaşar bazasının 95 min TL işıq pulu borcu var. Suya görə ödənilməli məbləğin nə qədər olduğu isə bilinmir. 

Dekabrın 24-də klubun yeni prezidenti seçiləcək. Bundan sonra, kollektivin gələcəyi necə olacaq bilinəcək.