Transfer dövrünün sona yaxınlaşdığımız bu günlərdə "Fənərbağça" üçün əhəmiyyətli itkilər baş verib.

Offsideplus.az xəbər verir ki, klub Luan Peres, Rade Kruniç və Joao Pedro ilə yollarını ayıraraq 13,41 milyon avro zərər edib. 

Braziliyalı müdafiəçi "Santos"a keçib. O, "Fənərbağça"ya 5,23 milyon avroya transfer olmuşdu. 

Joao Pedro 4,68 milyon avroya "Kalyari"dən gəlmişdi. Onun da müqaviləsinə xitam verilib. Rade Kruniç isə "Milan"dan 3,5 milyon avroya transfer edilmişdi. O da pulsuz "Srvena Zvezda"ya keçdi.