Braziliya millisinin sabiq üzvü Robinyonun Türkiyənin “Sivasspor” klubuna keçidi həll olunub.

Offsideplus.az xəbər verir ki, bunu Superliqa klubunun baş məşqçisi Samet Aybaba “Fanatik”ə açıqlamasında deyib.

“Robinyo ilə böyük ölçüdə anlaşdıq. Müqavilə müddədti 1.5 illik nəzərdə tutulub. Son detallar müzakirə edilir” – deyə baş məşqçi bildirib. “Sivasspor”un rəsmi saytı da 33 yaşlı hücumçu ilə razılıq əldə olunduğunu, sabah onunla müqavilə imzalanacağını açıqlayıb.

Qeyd edək ki, son olaraq vətənində “Atletiko Mineiro”da oynayan Robinyo Avropada “Real”, “Mançester Siti” və “Milan” kimi klublarda çıxış edib.