"Qalatasaray"ın ulduzu Mauro İkardi daha bir klubun hədəfindədir.
Offsideplus.az xəbər verir ki, bir müddət öncə argentinalı hücumçunun adı "Real Madrid" və "Yuventus" klubları ilə hallanırdı. İtaliya nəşri "Ilromanista"nın yaydığı xəbərə görə, "Roma" da İkardini transfer etmək istəyən klublar sırasına qoşulub. A Seriyası nəhəngi "Çelsi"dən icarəyə götürülən Romelu Lukakunu transfer edə bilməsə, Mauro üçün hərəkətə keçəcək.
Qeyd edək ki, İkardi cari mövsüm "Cim-Bom"la 24 oyuna çıxıb, 17 qol və 6 assistə imza atıb. Futbolçunun "sarı-qırmızılar"la 3 illik müqaviləsi var.