Ara transfer dönəmində sol cinahı gücləndirmək niyyətində olan “Qalatasaray” Spinazzolanı gündəminə gətirib.

Offsideplus.az xəbər verir ki, “Roma” ilə müqaviləsi bu il bitəcək oyunçu hər hansı təklif gələcəyi təqdirdə klubdan ayrılacaq.

Qeyd edək ki, Spinazzola bu mövsüm “Roma” nın heyətində 11 oyunda 1 qol və 2 asistlə yadda qalıb.