"Qalatasaray" klubu baş məşqçisi Okan Burukla müqaviləni uzadıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klub prezidenti Dursun Özbek Türkiyə mətbuatına açıqlama verib. O, yeni sözləşmənin müddəti və digər detalları barədə məlumat verməyib.
Qeyd edək ki, Okan Buruk 2022-ci ilin yayından "Qalatasaray"ı çalışdırır. "Sarı-qırmızılar" onun rəhbərliyi altında ilk mövsümdə ölkə çempionluğunu qazanıb.