"Beşiktaş" klubunun yeni transferi Erik Bayi İstanbul təmsilçisinin heyətində ilk məşqinə çıxıb.
Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, 29 yaşlı mərkəz müdafiəçisi baş məşqçi Şenol Günəşin rəhbərliyi altında fiziki hərəkətlər və topla çalışmalar edib.
Qeyd edək ki, Bayi "Beşiktaş"a "Mançester Yunayted"dən keçib.
Onunla gələn ilin 30 iyununadək müqavilə imzalanıb.