"Qalatasaray" Serxio Ramosu heyətinə cəlb etməyə israrlıdır.  

Offsideplus.az xəbər verir ki, 37 yaşlı futbolçunun adı "İnter Mayami" klubu ilə hallanır. 

Hazırda azad agent olan ispan müdafiəçi Avropada qalmaq qərarı versə, ilk seçimi "Qalatasaray" olacaq. Bu barədə "Fanatik" məlumat yayıb. "Cim-Bom"un Çempionlar Liqasında çıxış etməsi Ramosun mümkün transferində böyük rol oynayacaq. Klub bu üstünlükdən istifadə edərək, müdafiəçini razı salmağa çalışır.

Yayılan xəbərlərə görə, daha öncə Mauro İkardi də keçmiş komanda yoldaşı ilə əlaqə saxlayıb, ona "sarı-qırmızılar"a gəlməsini məsləhət görmüşdü.

Qeyd edək ki, "Qalatasaray" Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Olimpiya"ya 3:0 hesabı ilə qalib gəlib.