Transfer çalışmalarını davam etdirən "Beşiktaş"a 3 ulduz futbolçu təklif olunub. 

Offsideplus.az "Hürriyet"ə istinadən xəbər verir ki, "qartallar"a təklif olunan oyunçular arasında İsko, Xames Rodriqes və Coş Maca var. Hər üç futbolçu hazırda azad agent olduğu üçün "Beşiktaş" üçünü də heyətinə cəlb edə bilər. 

İsko "Real Madrid"lə vidalaşdıqdan sonra "Sevilya"ya transfer olunmuş, 4 ay sonra isə müqaviləsinə xitam vermişdi. Kolumbiyalı Xames Rodriqes son olaraq "Olimpiakos"un formasını geyinib. 

Ötən mövsüm "Bordo"nun heyətində Liqa 2-də 16 qol və 6 assistə imza atan Coş da hazırda klubsuzdur.