İtaliya "İnter"indən Edin Cekonun keçidini yekunlaşdıran "Fənərbağça" klubu daha bir ulduz transferini gerçəkləşdirmək üzrədir.

Offsideplus.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul təmsilçisi hazırda "Aston Villa"da forma geyinən Filipe Koutinyonu transfer etmək istəyir. Braziliyalı sol cinah vingerinə 2 illik müqavilə təklif edilib.

Koutinyoya Səudiyyə Ərəbistanından təkliflər olsa da, futbolçunun Avropada qalmaq istədiyi bildirilir. Onun İstanbul təmsilçisinin təklifini qəbul edəcəyi gözlənilir.

Bildirək ki, Koutinyo "İnter", "Liverpul", "Barselona", "Bavariya" klublarında çıxış edib.