Edin Cekonun keçidindən sonra "Fənərbağça" daha bir səs-küylü transferə hazırlaşır.
Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, "sarı-lacivərtlər" "Aston Villa"nən heyətində düşünmədiyi Koutinyonu transfer etmək istəyir. Klub braziliyalı vingerə 2 illik müqavilə təklif edib.
31 yaşlı futbolçuya Səudiyyə Ərəbistanından da təkliflər gəlir. Lakin Koutinyo karyerasını Avropada davam etdirmək istəyir. "Fənərbağça"dan vaxt istəyən "sambaçı"nın təklifi qəbul etməsi gözlənilir.
Qeyd edək ki, Koutinyo "İnter", "Liverpul", "Barselona", "Bavariya" klublarında çıxış edib.
Günay Xəlil