İcarə əsasında "Qalatasaray" klubunda çıxış edən Milot Raşitsa iş yerini dəyişməyə hazırlaşır.

 Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, 26 yaşlı sağ cinah vingeri "Cim-bom"un əzəli rəqibi "Fənərbağça" ilə danışıqlar aparır.

Kosovolu futbolçunun yaxın vaxtlarda "sarı-lacivərtlilər"lə müqavilə bağlayacağı gözlənilir. O, bir il müddətinə icarə əsasında "Fənərbağça"da çıxış edəcək.

Bildirək ki, Raşitsa müqavilə ilə İngiltərənin "Norviç Siti" klubuna məxsusdur.