"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi "Zenit"in yarımmüdafiəçisi Daler Kuzyaevi transfer etməkdə israrlıdır. "Ağ-qaralar" rusiyalı futbolçuya 2+1 illik müqavilə təklif edib. Bu barədə "NTV Spor" məlumat yayıb. Xəbərə görə, Türkiyə klubu qarşı tərəfin cavabını gözləyir.
Qeyd edək ki, "Zenit"lə müqaviləsi başa çatan 30 yaşlı futbolçu 6 mövsüm formasını geyindiyi Sankt-Peterburq təmsilçisində geridə qalan sezonda 34 oyuna çıxıb, 5 qol və 7 asisstlə yadda qalıb. O, Rusiya millisində isə 46 matçda iş başında olub.
Fəqan İbrahimli